Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Əməkdar İncəsənət xadimi, xanəndə Aqil Məlikovun səhhətində problem yaranıb.
Ajans.az xəbər verir ki, bu barədə onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib.
O bildirib ki, həkim müayinəsindən sonra Aqil Məlikovun ürək damarlarının tutulduğu məlum olub: "Sabah açıq-ürək əməliyyatı olunacağı gözlənilir". (apa)
Mövzular: