Makron və Zelenski PUA istehsalı məsələsini MÜZAKİRƏ ETDİ
Fransa Prezidenti Emmanuel Makron NATO-nun Haaqadakı sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə "Renault" konserninin Ukraynada pilotsuz uçuş aparatları istehsal etməsi imkanlarını müzakirə edib.
Ajans.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "LCI" telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Fransa üçün Ukraynanın müdafiə sənayesinin inkişafına dəstək vermək olduqca vacibdir.
Mövzular: