ABŞ beş şirkəti "qara siyahı"ya salıb
ABŞ Maliyyə Nazirliyi İranın "Mahan Air" aviaşirkəti ilə əlaqəli olduğu ehtimal edilən beş hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yayımlanan açıqlamada bildirilib.
Sənədə əsasən, məhdudiyyətlər Rusiyanın "Air Cargo Pro" nəqliyyat şirkətinə, eləcə də İran, Çin və Hindistanda fəaliyyət göstərən dörd şirkətə şamil olunub. Bundan əlavə, Vaşinqton Çin vətəndaşına qarşı da sanksiyalar tətbiq edib.
Mövzular: