Reklam resmi
Reklam resmi

Şəkidə "Yay məktəbi" təşkil olunacaq 

Şəkidə \"Yay məktəbi\" təşkil olunacaq 
Siyasət, Mədəniyyət

Şəki şəhər Uşaq İncəsənət Məktəbində 9-15 yaşlı uşaqlar üçün "Yay məktəbi" layihəsi həyata keçiriləcək.

Mədəniyyət Nazirliyindən Ajans.az-a verilən məlumata görə, layihə 3-5 avqust tarixlərində baş tutacaq.

Layihənin məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması, rəqəmsal və bədii bacarıqlarının təkmilləşdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün yaradıcı və öyrədici mühitin formalaşdırılmasıdır.

Proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlar, fortepiano, rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat və rəqs istiqamətləri üzrə ustad dərslərinə qatılacaq, açıq havada yaradıcı oyunlara qoşulacaq və layihə müddətində hazırladıqları işlərini sərgidə nümayiş etdirəcəklər.

Mövzular:
Şəki Uşaq İncəsənət Məktəbi "Yay məktəbi"

Digər Xəbərlər