Reklam resmi
Reklam resmi

Prezident Macarıstana yeni səfir təyin etdi 

Prezident Macarıstana yeni səfir təyin etdi 
Siyasət, Xarici siyasət

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü olub.

Eyni zamanda, Xarici İşlər Nazirliyi sistemində, o cümlədən BMT yanında daimi nümayəndəlikdə və nazirliyin digər strukturlarında diplomatik fəaliyyət göstərib.

Mövzular:
Macarıstan İlham Əliyev Prezident Sərəncam

Digər Xəbərlər