Reklam resmi
Reklam resmi

Paşinyandan cavab: Bizimlə necə belə danışa bilərsən?

Paşinyandan cavab: Bizimlə necə belə danışa bilərsən?
Siyasət

“Ermənistan hazırda beynəlxalq tərəfdaşlar üçün öz əhəmiyyətini nümayiş etdirir.”

Ajans.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun açıqlamasını şərh edərkən bildirib.

“Lukaşenko əvvəllər deyirdi: “Ermənistan kimə lazımdır?”. Ermənistan kimə nə etmişdi ki, Belarus Prezidenti “Ermənistan kimə lazımdır?” deyirdi? Suveren dövlət haqda necə belə danışmaq olar? İndi biz Ermənistanın kimə lazım olduğunu göstəririk. Ermənistan Çin, ABŞ, Avropa İttifaqı, İran, Gürcüstan, Fransa, Polşa, Almaniya və Böyük Britaniyaya lazımdır. Ermənistanın da həmin ölkələrin hər biri ilə əməkdaşlığa ehtiyacı var. İndi Ermənistanın kimə lazım olduğunu gördünüzmü?”, - Baş nazir deyib.

Belarus Prezidentinin 2024-cü il avqustun 25-də verdiyi və uzun müddət Ermənistanda müzakirə olunan açıqlaması belə idi:

“ErməniLər bizdən başqa kimə lazımdır? Kimsəyə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər, sahib olduqlarını qorusunlar. Hansı Fransa, hansı Makron? Sabah Makron olmayacaq, hamı Ermənistanı unudacaq”.

Mövzular:
Nikol Paşinyan Aleksandr Lukaşenko Ermənistan

Digər Xəbərlər