Putin bu ölkələrlə bağlı əmr verdi
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında mövcud müqavilələrdə dəyişikliklər edilməsi ilə bağlı danışıqlara başlanılmasını əmr edib.
Ajans.az xəbər verir ki, müvafiq sərəncamlar Rusiyanın hüquqi aktlar portalında dərc edilib.
Rusiya 2013-cü ilin dekabrında Qazaxıstanla hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayıb, sənəd 2015-ci ildə təsdiqlənib. Özbəkistanla da oxşar müqavilə 2016-cı ilin noyabr ayında imzalanıb. Müqavilələr silah və hərbi texnikanın tədarükünü, hərbi məhsulların mübadiləsini, texnologiya və texniki sənədlərin ötürülməsini nəzərdə tutur.
Mövzular: