Reklam resmi
Reklam resmi

Bu ölkədə alov fəlakəti: Dəbdəbəli villalar MƏHV OLDU

Dünya

Fransanın cənub-qərbində, Bordo yaxınlığında baş verən genişmiqyaslı meşə yanğınları yüzlərlə evi məhv edib, 260 mindən çox insanı təxliyəyə məcbur edib. 

Ajans.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, alov xüsusilə Cap-Ferret yarımadası ilə Bordonu birləşdirən D106 magistral yolu boyunca böyük dağıntılara səbəb olub.

Yanğın nəticəsində yolun hər iki tərəfində yanmış avtomobillər, külə dönmüş villalar və kömürləşmiş ağaclar qalıb. Nəşr D106 yolunu "cəhənnəmə aparan yol" adlandırıb.

İyulun 12-də Cap-Ferret meşələrində başlayan yanğın güclü küləyin təsiri ilə sürətlə Bordo istiqamətində yayılıb. Alovun əhatə etdiyi ərazinin Parisdən təxminən dörd dəfə böyük olduğu bildirilir.

Məlumata görə, İkinci Dünya müharibəsindən bəri Fransada baş verən ən dağıdıcı yanğınlardan biri nəticəsində 240-dan çox yaşayış evi tamamilə məhv olub. Yanan mülklərin əksəriyyəti bölgədə istirahət edən varlı ailələrə məxsus villalar olub.

Fransa Prezidenti Emmanuel Makron Bordoya səfəri zamanı vəziyyətin yaxın həftələrdə də ağır olaraq qalacağını bildirib.

"Qarşıdakı həftələr çətin olacaq. Biz buna tab gətirməliyik", – deyə Makron vurğulayıb.

Sen-Jan-d'İlyak və Lej-Kap-Ferret yaşayış məntəqələri arasındakı ərazidə çoxsaylı evlər tamamilə yanaraq qara xarabalığa çevrilib. Blaqon yaxınlığındakı villalardan biri yüksək temperaturun təsirindən çöküb.

Hadisə yerindən yayılan görüntülərdə yanmış avtomobillər, dağılan dam örtükləri, hislə örtülmüş hovuzlar və qığılcım saçan elektrik xətləri görünür. Tamamilə yanmış evlərin içərisində isə yalnız soba, metal stul karkasları və radiatorlar salamat qalıb.

Yanğınla mübarizə davam edir. Hakimiyyət orqanları əhaliyə təhlükəli ərazilərə yaxınlaşmamaq və təxliyə göstərişlərinə əməl etmək çağırışı edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa yanğın

Digər Xəbərlər