Reklam resmi
Reklam resmi

Rusiyada toy günündə FACİƏ: Bəy bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Rusiyada toy günündə FACİƏ: Bəy bıçaqlanaraq ÖLDÜRÜLDÜ
Dünya

Rusiyanın Açinsk şəhərində 28 yaşlı kişi öz toyunda bıçaqlanaraq aldığı ağır xəsarətlərdən həyatını itirib.

Ajans.az "A Şəhəri" qəzetinə istinadən xəbər verir ki, hadisə iyulun 10-da toy mərasiminin keçirildiyi kafedə baş verib. Gecənin sonunda bəyin dostu həmin məkanda yubiley qeyd edən başqa bir qrupla mübahisə edib. Mübahisə zamanı naməlum şəxs bəyin dostunun üzünə yumruq vurub. Yeni evlənən onları ayırmağa çalışarkən bıçaqlanıb.

Bildirilib ki, zərbə onun ürəyini və ağciyərini deşib.

Yaralı əvvəlcə Açinsk xəstəxanasına çatdırılıb, daha sonra helikopterlə Krasnoyarska təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq, onda böyrək çatışmazlığı və pnevmoniya inkişaf edib. O, iyulun 19-da xəstəxanada vəfat edib.

Məlumata görə, qətldə şübhəli bilinən şəxs könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub. Mərhumun həyat yoldaşının sözlərinə görə, şübhəli barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan hərbi xidmət üçün müqavilə bağlamağa nail olub.

Hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanları hələlik rəsmi açıqlama verməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya toy

Digər Xəbərlər