Bu ölkədə metroda FACİƏ: 136 nəfər YARALANIB
1/4
İspaniyanın Barselona şəhərində metro qatarında baş verən yanğın nəticəsində azı 136 nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.
Məlumata görə, yanğınsöndürənlər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə sərnişinləri qatar vaqonlarından təxliyə edib və kiçik həcmli yanğını qısa müddətdə söndürüblər.
Hadisə yerinə cəlb olunan tibb briqadaları 136 nəfərə tibbi yardım göstərib. Onlardan 39-u yüngül və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar təsirlənmiş metro xəttində qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Mövzular: