Reklam resmi
Reklam resmi

Fransada bir ay ərzində üç muzey qarət edilib

Fransada bir ay ərzində üç muzey qarət edilib
Dünya

Fransada bir aydan az müddətdə üç muzey qarət olunub.

Ajans.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti məlumat yayıb.

Məlumata görə, iyul ayında Tarn, Kot-d'Or və Bas-Rin departamentlərində yerləşən üç muzey oğruların hədəfinə çevrilib.

İyulun 1-də Tarn departamentindəki Montana Arxeoloji Mərkəzində gecə saatlarında seyfin qapısı sındırılıb. Oğrular 15 dəqiqədən az müddətdə eramızdan əvvəl 50-ci ilə aid təxminən 40 qədim sikkəni ələ keçiriblər. Dəymiş zərərin 120 min avronu keçdiyi bildirilir.

Dörd gün sonra isə Vingen-sur-Moder şəhərində yerləşən Lalique Muzeyindən 27 ədəd zərgərlik məmulatı oğurlanıb. Soyğunçular altı vitrini çəkic və balyozla sındıraraq cəmi 10 dəqiqə ərzində 4,5 milyon avrodan çox dəyəri olan eksponatları aparıblar.

Ən səs-küylü oğurluq isə iyulun 24-də Kot-d'Or departamentinin Şatilyon-sur-Sen şəhərindəki regional muzeydə baş verib. İki nəfər vitrini sındıraraq eramızdan əvvəl V əsrə aid, çəkisi 480 qram olan və əvəzolunmaz tarixi dəyərə malik "Viks xanımının boyunbağı"nı oğurlayıb.

Məqalədə qeyd olunur ki, şübhəlilərdən biri artıq polis tərəfindən saxlanılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa muzey

Digər Xəbərlər