Reklam resmi
Reklam resmi

Daha bir ölkədə yanacaq BÖHRANI

Daha bir ölkədə yanacaq BÖHRANI
Dünya

Moldova hökuməti yanacaq təchizatında yaranmış ciddi fasilələr və çatışmazlıqlarla əlaqədar ölkənin enerji sektorunda 30 günlük həyəcan vəziyyəti elan edib. Müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Ajans.az xəbər verir ki,Baş nazir Vasile Tofan yanacaq bazarının sabitləşdirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

"Ölkənin enerji sektorunda 30 gün müddətinə milli həyəcan vəziyyətinin elan edilməsini təklif edirəm", – deyə baş nazir bildirib.

Onun təşəbbüsü hökumət üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Qərar Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.

Hökumətin məlumatına görə, aidiyyəti qurumlara yanacaq ehtiyatlarının monitorinqinin gücləndirilməsi və təchizatın sabit saxlanılması üçün müvafiq tapşırıqlar verilib.

Bundan əvvəl Shell şirkətinin baş icraçı direktoru Vael Savan Avropa ölkələrinin yaxın perspektivdə yanacaq çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, neft və qaz qıtlığı artıq bəzi Asiya ölkələrini enerji istehlakını azaltmağa məcbur edib və bu vəziyyətin "domino effekti" ilə digər regionlara, o cümlədən Avropaya yayılması mümkündür.

author picture
Leyla Bayandurlu
Mövzular:
Moldova yanacaq

Digər Xəbərlər