Türkiyə Gümrüyə gedən dəmir yolunun bərpası BAŞLAYIB
Türkiyə Ermənistanın Gümrü şəhərinə gedən dəmir yolu xəttinin öz ərazisində yerləşən hissəsinin yenidən qurulmasına başlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Akyaka şəhərinin meri Ərdüger Toptaş məlumat verib.
Onun sözlərinə görə, bərpa işlərinin iki-üç ay ərzində başa çatdırılması planlaşdırılır. Layihə çərçivəsində artıq tikinti üzrə tender elan edilib. İşlərə Akyakadan Gümrüyə qədər olan dəmir yolu hissəsinin və əlaqəli infrastrukturun bərpası daxildir.
Toptaş bildirib ki, dəmir yolu infrastrukturunun yenidən istifadəyə verilməsi Türkiyə və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Onun sözlərinə görə, layihə kənd təsərrüfatı, sənaye və yükdaşımalar sahəsində yeni imkanlar yaradacaq, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək.
Mövzular: