Reklam resmi
Reklam resmi

Suyun verilməsində FASİLƏ YARANACAQ-Bu ərazilərdə

Suyun verilməsində FASİLƏ YARANACAQ-Bu ərazilərdə
Cəmiyyət

Təmir məqsədi ilə bəzi ərazilərdə su təminatında fasilə yaranacaq.

Ajans.az xəbər verir ki, bununla bağlı ADSEA-dan məlumat verilib.

Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işləri çərçivəsində 28.07.2026-cı il tarixi səhər saatlarından 30.07.2026-cı il tarixi günorta saatlarınadək su təminatında fasilə yaranacaq.

Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik.

Mövzular:
ADSEA içməli su Abşeron

Digər Xəbərlər