Reklam resmi
Reklam resmi

Turistləri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Turistləri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var
Hadisə

Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.  

Ajans.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən — 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu və 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Bərdə Müalicə-Diagnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. \ Teleqraf

Mövzular:
yol-nəqliyyat hadisəsi Azərbaycan Turistlər Ağdərə mikroavtobus

Digər Xəbərlər