Fransada yanğın böyüyür-20 minə yaxın təxliyə
Fransanın cənub-qərbində güclü yanğın səbəbindən artıq 20 mindən çox insan təxliyə edilib.
Ajans.az Fransa mediasına istinadən xəbər verir ki, şiddətli külək və isti hava səbəbindən alov sürətlə yayılır.
Məlumata görə, Jironda departamentinin Somo kommunasında baş verən yanğın 2,4 min hektar ərazini əhatə edib, iyulun 22-dən 23-nə keçən gecə isə departamentdə yanğın sahəsi 6 dəfə artıb.
Fransanın daxili işlər naziri Loran Nunyesin sözlərinə görə, ilin əvvəlindən ölkədə 44 min hektar torpaq sahəsini əhatə edən 12 500-dən çox yanğın baş verib.
Mövzular: