Reklam resmi
Reklam resmi

Qonşu ölkədə hərbi təyyarə qəzaya uğradı

Qonşu ölkədə hərbi təyyarə qəzaya uğradı
Dünya

Rusiyanın Moskva vilayətində hərbi təyyarənin qəzaya uğradığı bildirilir.

Ajans.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, hadisə Odintsovo rayonunda təlim uçuşu zamanı baş verib. İlkin məlumata əsasən, pilot katapult edərək təyyarəni tərk etməyə müvəffəq olub.

Bildirilir ki, təyyarə Zveniqorod yaxınlığında yerləşən yaşayış məntəqələri arasındakı tarlaya düşüb.

Yerli sakinlərin sözlərinə görə, pilotlar qəzadan əvvəl təyyarəni yaşayış evlərindən uzaqlaşdıraraq açıq əraziyə yönləndirə biliblər.

Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb. Rəsmi qurumlar tərəfindən araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Moskva

Digər Xəbərlər