Bu ölkələrdə dəhşətli daşqınlar: Yüzə yaxın ÖLƏN VAR
Hindistan, Pakistan və Əfqanıstanda son günlər yağan güclü yağışlar və onların yaratdığı daşqınlar nəticəsində azı 82 nəfər həyatını itirib.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, ən ağır vəziyyət Hindistanın Assam əyalətində qeydə alınıb. Burada son bir həftə ərzində ölənlərin sayı 36 nəfərə çatıb, 650 mindən çox insan isə təbii fəlakətdən zərər çəkib.
Əfqanıstan və Pakistanın Xayber Paxtunxva əyalətində son üç gün ərzində baş verən daşqınlar nəticəsində azı 46 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Daşqınlar yaşayış evlərini, otelləri, əkin sahələrini və nəqliyyat infrastrukturunu ciddi şəkildə zədələyib. Hazırda bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Mövzular: