Reklam resmi
Reklam resmi

ABŞ-də yumurta BÖHRANI

ABŞ-də yumurta BÖHRANI
Dünya

ABŞ-də salmonella ilə çirklənmə ehtimalı səbəbindən təxminən 1,6 milyon qutu yumurta geri çağırılıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, geri çağırılma qərarı Midwest Poultry Services şirkətinin istehsal etdiyi məhsullara aiddir.

Bildirilib ki, Salmonella Enteritidis bakteriyası ilə potensial çirklənmə riski səbəbindən Texasda istehsal olunan ağ və qəhvəyi qabıqlı yumurtalar satışdan yığışdırılır. Məhsullar 6 iyun – 3 iyul 2026-cı il tarixləri arasında Texas, Luiziana, Oklahoma, Arkanzas, Nyu-Meksiko və Missisipi ştatlarında satışa çıxarılıb.

FDA qeyd edib ki, indiyədək bu məhsullarla əlaqəli hər hansı yoluxma halı qeydə alınmayıb. Bununla yanaşı, şirkət Texasdakı fermalarda istehsal olunan yumurtaların satışını müvəqqəti dayandırıb.

Mütəxəssislərin sözlərinə görə, Salmonella Enteritidis həm yumurtanın qabığında, həm də daxilində mövcud ola bilər və qida zəhərlənməsinə səbəb olur. İnfeksiyanın əsas əlamətləri qızdırma, ishal, ürəkbulanma, qusma və qarın ağrısıdır.

Nadir hallarda isə salmonella infeksiyası arterial infeksiyalar, endokardit və artrit kimi daha ağır fəsadlara yol aça bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
salmonella ABŞ

Digər Xəbərlər