Bir ailənin faciəsinə səbəb olan evdə QORXULU VƏZİYYƏT
Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində qaz sızması nəticəsində partlayış baş verən ev hələ də təhlükəli vəziyyətdədir. Hadisədən təxminən 20 gün keçməsinə baxmayaraq, dağıntıların fəsadı aradan qaldırılmayıb.
Ajans.az xəbər verir ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə, partlayış nəticəsində yararsız vəziyyətə düşən ev hər an uça bilər. Binanın pəncərələri, döşəməsi və digər konstruksiyaları yoldan keçən insanlar üçün ciddi təhlükə yaradır.
Mövzular: