Qazaxıstan neft hasilatını azaltdı
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalında neft daşınmalarının dayandırılması səbəbindən neft hasilatını müvəqqəti olaraq azaldıb.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Neftin boru kəməri sisteminə qəbulunda tətbiq olunan məhdudiyyətlərlə əlaqədar və neft hasil edən şirkətlərin ehtiyat parklarının həddindən artıq dolmasının qarşısını almaq məqsədilə gündəlik hasilat səviyyəsinə nəzarətli düzəliş edilib. Bu isə neft hasilatının həcminin müvəqqəti azalmasına səbəb olub. Həmin tədbir texnoloji xarakter daşıyır və istehsal proseslərinin sabitliyinin təmin edilməsinə yönəlib”, - açıqlamada bildirilib.
Mövzular: