Reklam resmi
Reklam resmi

İtaliyada nəhəng narkotik əməliyyatı: Bananların arasında KEÇİRDTİLƏR

İtaliyada nəhəng narkotik əməliyyatı: Bananların arasında KEÇİRDTİLƏR
Dünya

İtaliya Maliyyə Polisi və Gömrük Xidməti Vado Liqure limanında keçirdiyi genişmiqyaslı əməliyyat zamanı 770 kiloqram kokain müsadirə edib. Ələ keçirilən narkotik vasitənin bazar dəyərinin təxminən 250 milyon avro olduğu bildirilir.

Ajans.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Məlumata görə, yüksək təmizlənmiş kokain Ekvadordan gətirilən soyuducu konteynerdə banan yeşiklərinin arasında gizlədilib. Qaçaqmalçılar narkotik vasitəni meyvə yükünün arasında gizlətməklə gömrük nəzarətindən yayındırmağa çalışsalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları bunu aşkar ediblər.

Bildirilir ki, bu, son illərdə Vado Liqure limanında həyata keçirilən ən iri narkotik əməliyyatlarından biri olmaqla yanaşı, Avropaya narkotik qaçaqmalçılığına ciddi zərbə hesab olunur.

Qeyd edək ki, cəmi üç həftə əvvəl eyni limanda daha 340 kiloqram kokain müsadirə edilmişdi. Son hadisələrdən sonra İtaliya hakimiyyəti limanlarda nəzarət tədbirlərinin daha da gücləndiriləcəyini açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İtaliya narkotik

Digər Xəbərlər