Reklam resmi
Reklam resmi

Hantavirus QAYITDI: Bu ölkədə ÖLƏNLƏR VAR

Hantavirus QAYITDI: Bu ölkədə ÖLƏNLƏR VAR
Dünya

Venesuelada hantavirus infeksiyası nəticəsində üç nəfər həyatını itirib. Daha iki səhiyyə işçisinin ölüm səbəbi isə hazırda araşdırılır.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin Telegram kanalında yayılan açıqlamada bildirilib ki, Ansoategi (Anzoátegui) ştatında hantavirus diaqnozu təsdiqlənmiş üç nəfər dünyasını dəyişib.

Qeyd olunub ki, hantavirus əsasən kənd və kənd təsərrüfatı ərazilərində yaşayan gəmiricilər vasitəsilə yayılır. Nazirlik Venesuelada virusun insandan insana keçməsinə dair hər hansı elmi sübutun olmadığını vurğulayıb.

Bundan başqa, Barinas ştatında iki səhiyyə işçisinin ölümü qeydə alınıb. Onların ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Səhiyyə Nazirliyi bildirib ki, Milli İctimai Səhiyyə Sistemi vəziyyətə tam nəzarət edir və araşdırmanın nəticələri rəsmi kanallar vasitəsilə ictimaiyyətə operativ şəkildə təqdim olunacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela hantavirus

Digər Xəbərlər