Reklam resmi
Reklam resmi

Wildberries anbarına yenidən zərbə: ÖLƏN VAR

Wildberries anbarına yenidən zərbə: ÖLƏN VAR
Dünya

Rusiyanın Krasnodar diyarı gecə saatlarında genişmiqyaslı dron hücumuna məruz qalıb. Hadisə nəticəsində azı bir nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ajans.az xəbər verir ki, bu barədə TASS regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır.

Hücum zamanı Krasnodarda yerləşən anbar kompleksinə pilotsuz uçuş aparatının (PUA) qalıqları düşüb və nəticədə yanğın baş verib. Armavir şəhərindəki sənaye müəssisələrindən birində də yanğın qeydə alınıb. Məlumat Krasnodar diyarının Əməliyyat Qərargahı tərəfindən təsdiqlənib.

Bildirilib ki, PUA qalıqlarının anbar kompleksinə düşməsi nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücumdan sonra Wildberries-in Krasnodardakı logistika mərkəzi təhlükəsizlik məqsədilə təxliyə edilib. Şirkətin mətbuat xidməti obyektin təhlükəsizlik protokollarına uyğun olaraq boşaldıldığını açıqlayıb.

Bundan əlavə, WB Partners Telegram kanalı Krasnodar və Nevinnomıssk şəhərlərində yerləşən Wildberries anbarlarında əməliyyatların müvəqqəti dayandırıldığını bildirib. Qeyd olunub ki, həmin anbarlara planlaşdırılan çatdırılmalar ləğv oluna və ya digər logistika mərkəzlərinə yönləndirilə bilər. Həmçinin 22 iyul tarixi üçün saxlama haqqının hesablanmayacağı bildirilib.

Wildberries şirkətinin təsisçisi Tatyana Kim də sosial şəbəkədə paylaşım edərək Krasnodar və Nevinnomıssk logistika mərkəzlərinə dron hücumlarını təsdiqləyib. Onun sözlərinə görə, nəticələrin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə iş aparılır və ilkin məlumata əsasən, hücum nəticəsində itkilər var.

Hücum zamanı PUA qalıqları Krasnodarda iki çoxmənzilli yaşayış binasına, Dinski rayonunda isə iki fərdi evə ziyan vurub. Paşkovski rayonundakı yaşayış binalarından birinin damı və pəncərə çərçivələri də zədələnib. İlkin məlumata görə, yaşayış binalarında xəsarət alan olmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Wildberries anbarı Ukrayna Rusiya

Digər Xəbərlər