Reklam resmi
Reklam resmi

Dünyanın ən məşhur YouTuber-i EVLƏNDİ-FOTO

Dünyanın ən məşhur YouTuber-i EVLƏNDİ-FOTO
Dünya

Dünyanın ən məşhur YouTuber-i MrBeast (əsl adı Ceyms Donaldson) sevgilisi Tea Boysen ilə ailə həyatı qurub.

Ajans.az xəbər verir ki, bloqqer bu barədə Instagram hesabında paylaşım edib.

MrBeast toy mərasimindən fotolar paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb. Fotolarda o, ağ köynək, qalstuk, ağ pencək və qara şalvarda, həyat yoldaşı Tea Boysen isə gəlinlikdə görüntülənib.

Tea Boysen paylaşımında "Mən MrBeast ilə evləndim və bu, həyatımın ən xoşbəxt günü idi" sözlərini yazıb.

People jurnalının məlumatına görə, toy mərasimi britaniyalı milyarder Riçard Bransona məxsus Karib dənizində yerləşən özəl Nekker adasında keçirilib. Mərasimdə təxminən 70 qonaq iştirak edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
MrBeast YouTuber

Digər Xəbərlər