Tramp FİFA prezidentini BMT-nin baş katibi olmasını istəyir
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonun BMT-nin növbəti baş katibi olmasını arzulayır.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ildə ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı zamanı Tramp və İnfantino arasında yaxın münasibətlər formalaşıb.
FIFA prezidenti ABŞ liderinin rəğbətini qazanmaq üçün ciddi səy göstərib. O, ötən ilin dekabrında Trampa FIFA-nın Sülh Mükafatını da təqdim edib.
Tramp İnfantinonun beynəlxalq aləmdə böyük hörmət qazandığını, insanları bir araya gətirmək bacarığına malik olduğunu düşünür və bu səbəbdən onun BMT-yə rəhbərlik edə biləcəyinə inanır. Hələlik Trampın bu fikrini İnfantino ilə müzakirə edib-etmədiyi və FIFA prezidentinin BMT-nin baş katibi postuna namizəd olmaq niyyətində olub-olmadığı məlum deyil.