Reklam resmi
Reklam resmi

Nyu-York meri Netanyahunu həbs etmək istəyir?

Nyu-York meri Netanyahunu həbs etmək istəyir?
Dünya

Nyu-York şəhərinin meri Zöhran Məmdani bildirib ki, şəhər hakimiyyətinin İsrailin Baş naziri Benyamin Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderi əsasında saxlamaq üçün hüquqi səlahiyyəti yoxdur.

Ajans.az xəbər verir ki, mer bu barədə sosial şəbəkə X hesabında yayımladığı videomüraciətdə danışıb.

"Bu orderi icra etmək üçün qanuni səlahiyyətimiz yoxdur. Lakin federal hökumətin belə bir səlahiyyəti var və mən onları Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa və bu orderi icra etməyə çağırıram", – deyə Məmdani bildirib.

Beləliklə, Nyu-York meri əvvəllər Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmək üçün şəhərə səfəri zamanı onun həbs olunması imkanlarının araşdırılacağı ilə bağlı verdiyi açıqlamadan faktiki olaraq geri çəkilib.

Daha əvvəl Məmdani şəhərin Hüquq Departamentinin BCM-nin həbs orderinin icrası üçün mümkün hüquqi mexanizmləri araşdırdığını bildirmişdi. ABŞ Prezidenti Donald Tramp isə Netanyahunun ABŞ-a səfəri zamanı heç kimin onu saxlaya bilməyəcəyini bəyan etmişdi.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində həbs orderi çıxarıb. Onlar Qəzza zolağında aparılan hərbi əməliyyatlarla bağlı müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.

İsrailABŞ Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və irəli sürülən ittihamları rədd edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Zöhran Məmdani ABŞ İsrail Benyamin Netanyahu

Digər Xəbərlər