Reklam resmi
Reklam resmi

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycandadır - FOTO

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycandadır - FOTO
Cəmiyyət

Azərbaycan və Serbiya Respublikaları Müdafiə Nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Ajans.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilmiş görüş zamanı nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübədən bəhs edən "Münaqişənin geosiyasi aspektləri" mövzusunda brifinq təqdim olunub. Sonra Azərbaycan Ordusunun hərbi təhsil sistemi və tədris prosesi barədə geniş məlumat verilib.

Görüşdə həmçinin tərəflər hər iki ölkənin hərbi təhsil sistemi, təhsil müəssisələrinin fəaliyyətləri və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qabaqcıl təcrübələrdən danışıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Mövzular:
Azərbaycan Serbiya Müdafiə Nazirliyi

Digər Xəbərlər