Reklam resmi
Reklam resmi

Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə yüksəldi

Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə yüksəldi
Dünya

Yaponiyanın Kyuşu adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Ajans.az NHK telekanalına istinadən xəbər verir ki, Kumamoto prefekturasında baş verən zəlzələdən sonra ölənlərin sayı ilə bağlı məlumat yenilənib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib ki, cümə axşamı yerli vaxtla saat 06:30-a (Moskva vaxtı ilə 00:30) olan məlumata əsasən, Kyuşu bölgəsində ardıcıl baş verən zəlzələlər nəticəsində 28 nəfər həlak olub.

Bundan əvvəl ölənlərin sayının 18 olduğu bildirilirdi.

Qeyd edək ki, çərşənbə axşamı Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Ən güclü yeraltı təkanlar Uki və Kikava şəhərlərində hiss olunub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya zəlzələ

Digər Xəbərlər