Ağdamda yanğın DAVAM EDİR
Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində baş verən yanğın hələ də davam edir.
Ajans.az xəbər verir ki, yanğın əsasən rayonun bir sıra kəndləri istiqamətində yerləşən, mina və partlamamış döyüş sursatları ilə çirklənmiş açıq əraziləri əhatə edib.
Gündüz saatlarında başlayan yanğın ətraf yaşayış məntəqələrindən də aydın şəkildə müşahidə olunur.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi və alovun daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. (apa)
Mövzular: