Reklam resmi
Reklam resmi

Bu ölkədə tunel çökdü: ÖLƏNLƏR VAR

Bu ölkədə tunel çökdü: ÖLƏNLƏR VAR
Dünya

Hindistanın Sikkim ştatında hidroelektrik layihəsi çərçivəsində inşa edilən tunelin çökməsi nəticəsində azı 22 nəfər həyatını itirib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Sikkim ştatında baş verib.

Səlahiyyətlilər bildiriblər ki, tunelin çökməsi zamanı içəridə təxminən 25 nəfər olub. Onlardan 22-nin meyiti dağıntılar altından çıxarılıb.

Hazırda xilasedicilər dağıntılar altında qaldığı ehtimal olunan daha üç nəfərin xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Hadisənin başvermə səbəbi araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan tunel

Digər Xəbərlər