Reklam resmi
Reklam resmi

Bu ölkədə şəhər meri iş yerində GÜLLƏLƏNDİ

Bu ölkədə şəhər meri iş yerində GÜLLƏLƏNDİ
Dünya

Meksikanın Morelos ştatında yerləşən Temoak şəhərinin meri Valentin Lavin iş yerində silahlı hücum nəticəsində öldürülüb.

Ajans.az xəbər verir ki, hüquq-mühafizə orqanları hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində axtarışlara başlayıb.

Meksika Baş Prokurorluğunun məlumatına görə, Valentin Lavin bu ilin yanvar ayında da silahlı hücuma məruz qalmışdı.

Qeyd edək ki, Temoak şəhəri paytaxt Mexiko şəhərinin yaxınlığında yerləşən Morelos ştatında yerləşir. Bölgə bir neçə narkotik kartelinin fəaliyyəti səbəbindən ölkənin ən təhlükəli ərazilərindən biri hesab olunur.

Valentin Lavin Meksika Prezidenti Claudia Sheinbaumın rəhbərlik etdiyi hakim solçu siyasi qüvvəni təmsil edirdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Meksika Morelos ştatı

Digər Xəbərlər