Bu ölkədə DƏHŞƏT: 11 yaşlı qızını atasından uşağı dünyaya gətirməyə MƏCBUR ETDİ
ABŞ-də atasından uşaq dünyaya gətirən 11 yaşlı qızın anası günahkar bilinib.
Ajans.az People-a istinadən xəbər verir ki, ABŞ-nin Oklahoma ştatında Şeri Uoker ərinin 11 yaşlı qızını təcavüz etməsinə icazə verməkdə günahkar bilinib.
Uokerlə bağlı istintaq 2025-ci ilin avqust ayında başlayıb. Daha sonra hakimiyyət orqanları onun kiçik qızının öz atası Dastin Uokerdən uşaq dünyaya gətirdiyini öyrənib. Bu, DNT testi ilə təsdiqlənib. Qız tibbi nəzarət altında olmayıb və doğuş özü evdə tibbi yardım olmadan baş verib.
Prokurorlar iddia ediblər ki, Uoker ərinin qızını təcavüz etdiyini bilirdi, lakin onu qorumağa belə cəhd etməyib. Bundan əlavə, qızının hamiləliyini öyrəndikdən sonra onu doğuş etməyə məcbur edib. İstintaq həmçinin qadının anasının da evdəki vəziyyətdən xəbərdar olduğunu aşkar edib. Dustin Uoker artıq ömürlük həbs cəzasına məhkum edilib. Şeri Uolkerə daha sonra hökm oxunacaq. Münsiflər heyəti də oxşar bir cəzanın təyin edilməsini tövsiyə etdi.