Reklam resmi
Reklam resmi

Britaniya İranda olan vətəndaşlarına: Ölkəni TƏRK EDİN!

Britaniya İranda olan vətəndaşlarına: Ölkəni TƏRK EDİN!
Dünya

Böyük Britaniya Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib və hazırda ölkədə olan britaniyalıları vəziyyəti diqqətlə qiymətləndirməyə çağırıb.

Ajans.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, Böyük Britaniyanın İrandakı səfirliyi fəaliyyətini uzaqdan davam etdirir.

"Əgər siz Britaniya vətəndaşısınızsa və hazırda İrandasınızsa, istər daimi sakin, istərsə də turist kimi, ölkədə qalmağın risklərini diqqətlə nəzərdən keçirin. Ən son məlumatlar üçün yerli və beynəlxalq media orqanlarını izləyin. Təhlükəsizlik və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq durun və ölkəni tərk etmə planlarınızı mütəmadi olaraq yeniləyin", – deyə bəyanatda qeyd olunub.

XİN həmçinin bildirib ki, İrandan Ermənistan vasitəsilə çıxmaq istəyən Böyük Britaniya vətəndaşları Ermənistanda bir il ərzində 180 günədək vizasız qala bilərlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya İran

Digər Xəbərlər