Məcburi köçkünlərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Ajans.az Sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 540 (Cild I) 2-ci hissəsində “köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək” sözləri “köçkünlərə başqa yaşayış sahəsi təklif edilənədək” sözləri ilə əvəz edilsin.
Mövzular: