Məşhur televiziya ulduzu 28-ci mərtəbədən yıxılaraq ÖLDÜ
İsraildə yayımlanan "Amerikalılar" televiziya şousunun ulduzu Yakir Levi ABŞ-də faciəvi şəkildə dünyasını dəyişib.
Ajans.az New York Post qəzetinə istinadən xəbər verir ki, hadisə iyulun 20-də Florida ştatının Sanni Ayls Biç şəhərində yerləşən otellərdən birində baş verib. İlkin məlumata əsasən, 45 yaşlı Yakir Levi otelin 28-ci mərtəbəsindən yıxılıb.
Hadisə yerinə gələn xilasedicilər onun həyatını xilas edə bilməyiblər.
Məlumata görə, Yakir Levinin cənazəsi dəfn olunmaq üçün İsrailə aparılacaq.
Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır.
Mövzular: