Reklam resmi
Reklam resmi

İlham Əliyev daha bir Fərman İMZALADI

İlham Əliyev daha bir Fərman İMZALADI
Siyasət

Prezident İlham Əliyev “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 444-VIIQD nömrəli Qanununun tətbiqi və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman iimzalayıb.

Ajans.az  fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.5-ci, 17.4-cü, 19.2-1-ci, 24.2-1-ci maddələrində və 25.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 24.2-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 17.2.5-ci, 17.4-cü, 19.2-1-ci maddələrində və 25.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-1-ci maddəsinə uyğun olaraq, psixiatriya müəssisəsində məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı rejim qaydalarını və təhlükəsizlik tədbirlərinin hədlərini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 444-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 589 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasa “(ikinci halda)” sözlərindən sonra “, 17.2.5-ci, 17.4-cü, 19.2-1-ci, 24.2-1-ci maddələrində və 25.1-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

3.2. dördüncü – yeddinci abzaslar müvafiq olaraq beşinci – səkkizinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“həmin Qanunun 24.2-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

3.3. səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“həmin Qanunun 17.2.5-ci, 17.4-cü, 19.2-1-ci maddələrində və 25.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.”.

Mövzular:
İlham Əliyev Fərman

Digər Xəbərlər