Reklam resmi
Reklam resmi

Türkiyənin strateji hərbi zavodunda GÜCLÜ YANĞIN

Türkiyənin strateji hərbi zavodunda GÜCLÜ YANĞIN
Dünya

Türkiyənin Əskişəhər şəhərində yerləşən TUSAŞ Motor Sanayii A.Ş. zavodunda güclü yanğın baş verib.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə mühərrikləri və hərbi təyinatlı məhsullar istehsal edən müəssisədə baş verən yanğının istehsal sahələrindən birində baş verdiyi iddia edilən partlayışdan sonra başladığı ehtimal olunur.

Yerli KİV-in məlumatına görə, hadisədən sonra zavodun bütün əməkdaşları təcili təxliyə edilib.

Yanğının söndürülməsi üçün Türkiyə Hərbi Hava Qüvvələrinin ixtisaslaşmış bölmələri hadisə yerinə cəlb olunub.

Hadisənin başvermə səbəbi, eləcə də ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Əskişəhər

Digər Xəbərlər