Tramp Kanadadan idxala yeni rüsumları istisna etməyib
Amerika lideri Donald Tramp bu ölkədəki və ABŞ-nin havasını çirkləndirən meşə yanğınlarına görə Kanada mallarının idxalına əlavə rüsumların tətbiq edilməsini mümkün hesab edib.
Ajans.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Livan prezidenti Cozef Aunla görüşdən sonra jurnalistlərə bildirib.
"Biz bu məsələni nəzərdən keçiririk. Ciddi ziyan dəyib. Onlar öz meşələrinə lazımi qaydada nəzarət etmirlər. Külək isə bir qayda olaraq Nyu-York istiqamətində əsir", - Vaşinqton administrasiyasının rəhbəri bildirib və əlavə edib ki, bundan əvvəl Miçiqan ştatında havanın çirklənməsi səbəbindən bir neçə şirkətin fəaliyyəti pozulub.
Mövzular: