Reklam resmi
Reklam resmi

Fransanın məğlubiyyəti iğtişaşlara səbəb oldu-VİDEO

Fransanın məğlubiyyəti iğtişaşlara səbəb oldu-VİDEO
Dünya

Fransa millisinin 2026-cı il Dünya Kubokunun yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olması ölkənin bir sıra şəhərlərində iğtişaşlara səbəb olub.

Ajans.az xəbər verir ki, bu barədə Times Now nəşri məlumat yayıb.

Bildirilib ki, final fitindən dərhal sonra Paris və digər şəhərlərdə polislə toqquşmalar baş verib, nəqliyyat vasitələrinə ziyan vurulub və küçələrdə iğtişaşlar qeydə alınıb.

Mümkün qarşıdurmaların qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları Şanzelize prospektini nəzarətə götürüb.

Qeyd olunur ki, Fransa hakimiyyəti hadisələrin inkişafını əvvəlcədən nəzərə alaraq geniş təhlükəsizlik tədbirləri görmüşdü. Yarımfinal oyunu ölkənin milli bayramı – Bastiliyanın alınması günü ilə eyni vaxta təsadüf etdiyindən, ölkə üzrə 70 mindən çox polis və jandarm xidmətə cəlb olunmuşdu. Onlardan təxminən 5 mini Parisdə təhlükəsizliyin təmin edilməsinə cəlb edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Dünya Kuboku FİFA

Digər Xəbərlər