2026-cı il Dünya Kubokunun finalçısı, İspaniya millisinin futbolçusu Lamin Yamalın evində oğurluq cəhdi baş verib.
Ajans.az xəbər verir ki, bu barədə La Vanguardia nəşri məlumat yayıb.
Məlumata görə, hadisə İspaniyanın Espluqes-de-Lyuobreqat şəhərində qeydə alınıb. Futbolçunun evini mühafizə edən şəxs üzlərini balaklava ilə gizlədən iki nəfərin hasara dırmaşdığını görüb.
Şübhəlilər müşahidə olunduqlarını anlayan kimi hasardan düşərək hadisə yerindən qaçıblar. Bundan sonra mühafizəçi polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gələrək araşdırmalara başlayıblar.
Bildirilir ki, həmin gün səhər saatlarında Yamalın yaşadığı yaşayış kompleksində daha iki oğurluq cəhdi də qeydə alınıb.
Hazırda polis bu hadisələrin eyni şəxslər tərəfindən törədilib-törədilmədiyini araşdırır.