Reklam resmi
Reklam resmi

Netanyahu ABŞ-a yollanır: Qrehemin dəfn mərasimində iştirak edəcək

Netanyahu ABŞ-a yollanır: Qrehemin dəfn mərasimində iştirak edəcək
Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 18-də ABŞ-a səfər etməyi planlaşdırır.

Ajans.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, Netanyahu ABŞ-a respublikaçı senator Lindsi Qrehemin dəfn mərasimində iştirak etmək üçün yollanacaq.

Bildirilib ki, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüş hələ rəsmi şəkildə təsdiqlənməyib. Bununla belə, görüşün gələn həftənin əvvəlində baş tutacağı gözlənilir.

Xatırladaq ki, Netanyahu Lindsi Qrehemin vəfatı ilə bağlı başsağlığı verərək onu "İsrailin ən yaxın dostlarından biri" adlandırmışdı. İsrail Prezidenti İsxak Hersoq və xarici işlər naziri Gideon Saar da senatorun vəfatı ilə əlaqədar başsağlığı mesajları yayımlayaraq onun İsrailə daim dəstək göstərdiyini vurğulayıblar.

Cənubi Karolina ştatını təmsil edən respublikaçı senator Lindsi Qrehem iyulun 11-də, 71 yaşında qəfil vəfat edib.

Qrehem Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əsas müəlliflərindən biri idi. O, həmçinin İsrailin fəal tərəfdarı kimi tanınır və ABŞ-ın İrana qarşı sərt siyasətini dəstəkləyən aparıcı siyasətçilərdən biri hesab olunurdu.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ İsrail

Digər Xəbərlər