Reklam resmi
Reklam resmi

Zəlzələ qurbanlarının sayı 5000-ə ÇATIR- Bu ölkədə

Zəlzələ qurbanlarının sayı 5000-ə ÇATIR- Bu ölkədə
Dünya

Venesuelada iyunun 24-də baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 4 734 nəfərə çatıb.

Ajans.az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat verib.

Bildirilib ki, bu göstərici iyulun əvvəlində açıqlanan rəqəmlə müqayisədə 173 nəfər çoxdur.

Məlumata görə, zəlzələlər nəticəsində yaralananların sayı dəyişməyərək 16 740 nəfər təşkil edir. Bundan başqa, təxminən 18 min nəfər evsiz qalıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela zəlzələ

Digər Xəbərlər