Tehranın mərkəzində diqqətçəkən aksiya: Tramp TABUTDA
Dünya
İranın paytaxtı Tehranın İnqilab (Ənqelab) meydanında ABŞ Prezidenti Donald Trampın tabutda təsvir olunduğu yeni divar rəsmi nümayiş etdirilib.
Ajans.azxəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Divar rəsmi Amerika bayrağı ilə örtülmüş tabutun içində Donald Trampın təsviri və onun altında yazılmış şüar ilə diqqət çəkib.
Məlumata görə, instalyasiya İran ilə ABŞ arasında gərginliyin artdığı və ölkədə sərt mövqeli siyasi dairələrin bəyanatlarının səsləndiyi bir dövrə təsadüf edir.