Fransa millisinin baş məşqçisi DƏYİŞİLDİ
Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan 2026-cı il Dünya Kubokundan sonra yığmanın baş məşqçisi vəzifəsinə təyin olunacaq.
Ajans.az xəbər verir ki, bu barədə idman jurnalisti Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, hazırkı baş məşqçi Didye Deşam dünya çempionatının başa çatmasından sonra vəzifəsini tərk edəcək. Fransa millisi isə yarımfinalda İspaniyaya 0:2 hesabı ilə məğlub olaraq finala yüksələ bilməyib və üçüncü yer uğrunda oyunda mübarizə aparacaq.
Qeyd edək ki, Zinəddin Zidan sonuncu dəfə 2016–2018 və 2019–2021-ci illərdə "Real Madrid"ə baş məşqçilik edib. Onun rəhbərliyi altında Madrid təmsilçisi üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə İspaniya La Liqasının və iki dəfə İspaniya Superkubokunun qalibi olub.
Mövzular: