Reklam resmi
Reklam resmi

Tarixin ən bahalı dinozavrı 50 milyon dollara SATILDI

Tarixin ən bahalı dinozavrı 50 milyon dollara SATILDI
Dünya

Ən böyük və ən yaxşı qorunub saxlanılan Tirannozavr Reks (T. rex) skeletlərindən biri Sotheby's hərracında rekord qiymətə – 50,1 milyon dollara satılıb.

Ajans.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Hərrac evi bildirib ki, "Gus" adlandırılan nümunə indiyədək hərraca çıxarılan ən bahalı dinozavr fosili olub. Beləliklə, o, 2024-cü ildə təxminən 45 milyon dollara satılan "Apex" adlı Steqozavr skeletinin rekordunu geridə qoyub. Bundan əvvəlki rekord isə 2020-ci ildə 32 milyon dollara satılan "Stan" adlı T. rex skeletinə məxsus idi.

Təxminən 67 milyon il yaşı olan fosilin 61 faizi qorunub saxlanılıb. Skeletə yaxşı vəziyyətdə qalmış kəllə, hər iki ayaq və nadir sümüklər daxildir. Onun hündürlüyü 3,8 metr, uzunluğu isə 11,5 metr təşkil edir.

Fosil 2021-ci ildə ABŞ-ın Cənubi Dakota ştatındakı rançoda aşkar edilib və ərazinin sahibi Qari Likinqin şərəfinə "Gus" adlandırılıb.

Hərrac zamanı adının açıqlanmasını istəməyən alıcı telefon vasitəsilə aparılan təkliflər zamanı altı rəqibini geridə qoyub. Hərracdan əvvəl fosilin 20–30 milyon dollar arasında satılacağı proqnozlaşdırılırdı.

Onurğalı Paleontologiya Cəmiyyəti yeni sahibini bu nadir nümunəni muzeyə bağışlamağa çağırıb. Cəmiyyət fosilin böyük elmi əhəmiyyət daşıdığını və tədqiqatçıların ona çıxış imkanının qorunmasının vacibliyini vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Tirannozavr Reks Associated Press

Digər Xəbərlər