Reklam resmi
Reklam resmi

Norveç İsraillə oyundan əldə olunan gəliri Qəzzaya bağışladı

Norveç İsraillə oyundan əldə olunan gəliri Qəzzaya bağışladı
Dünya

Norveç Futbol Federasiyası (NFF) 2026-cı il FIFA Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində İsrail millisinə qarşı keçirilən oyunun bilet satışından əldə olunan bütün gəliri Qəzzaya humanitar yardım üçün ianə edib.

Ajans.az xəbər verir ki, federasiyanın açıqlamasına görə, bilet satışından əldə edilən vəsait qurumun öz büdcəsindən ayrılan əlavə maliyyə və anonim donorun ianəsi ilə birləşdirilib. Nəticədə, Sərhədsiz Həkimlər (MSF) təşkilatına köçürülən ümumi məbləğ 4,5 milyon Norveç kronuna (təxminən 420 min ABŞ dolları) çatdırılıb.

NFF prezidenti Lise Klaveness bildirib ki, bu qərar Qəzzada yaşanan ağır humanitar vəziyyət nəzərə alınaraq qəbul edilib.

Onun sözlərinə görə, ayrılan vəsait mühasirədə olan ərazidə Sərhədsiz Həkimlər təşkilatının təcili tibbi yardım fəaliyyətinə dəstək məqsədi daşıyır.

Qərar ictimaiyyətdə fərqli reaksiyalar doğurub. Təşəbbüs bir sıra humanitar təşkilatlar və tərəfdarları tərəfindən müsbət qarşılanıb. Bununla yanaşı, bəzi İsrail futbol rəsmiləri qərarı tənqid edərək, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumları zamanı həlak olanların və zərərçəkənlərin də eyni səviyyədə diqqətə layiq olduğunu bildiriblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Norveç Futbol Federasiyası FIFA Dünya Kuboku Norveç İsrail

Digər Xəbərlər