Reklam resmi
Reklam resmi

Bu ölkədə təhlükəli parazit yayılır: 3 mindən çox yoluxma

Bu ölkədə təhlükəli parazit yayılır: 3 mindən çox yoluxma
Dünya

ABŞ-nin Miçiqan və Ohayo ştatlarında 3 mindən çox insan təhlükəli parazitlə çirklənmiş qida qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qalıb.

Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, 3 001 yoluxma halı qeydə alınıb, onlardan 90 nəfər xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər hesab edirlər ki, xəstəliyə səbəb Cyclospora parazitinin yaratdığı bağırsaq infeksiyası – siklosporiaz olub. Parazitin əsasən yarpaqlı göyərtilərdə, xüsusilə kahıda, eləcə də çirklənmiş suda rast gəlindiyi bildirilir.

Bununla belə, mütəxəssislər infeksiyanın dəqiq mənbəyini hələ müəyyən edə bilməyiblər. Bildirilir ki, bunun səbəbi xəstəliyin uzun inkubasiya dövrü, patogenin aşkarlanmasının mürəkkəbliyi, həmçinin ABŞ-da ictimai səhiyyə sistemində kadr və maliyyə çatışmazlığıdır.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ təhlükəli parazit

Digər Xəbərlər