Reklam resmi
Reklam resmi

Hollivud ulduzun daha iki övladı soyadından imtina edir

Hollivud ulduzun daha iki övladı soyadından imtina edir
Dünya

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin daha iki övladı atalarının soyadından imtina etmək üçün rəsmi hüquqi prosedura başlayıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki.ZaharaMaddox soyadlarının "Jolie-Pitt" formasından "Jolie" formasına dəyişdirilməsi üçün məhkəməyə müvafiq sənədlər təqdim ediblər.

Kaliforniya qanunvericiliyinə əsasən, ad və soyad dəyişikliyi ilə bağlı bildiriş yerli qəzetdə dərc edilməlidir. Məhkəmə sənədlərinə görə, 21 yaşlı Zahara bu tələbi yerinə yetirərək dörd həftə ardıcıl Los Angeles Daily Journal qəzetində elan dərc etdirib. Etiraz daxil olmazsa, məhkəmənin 28 sentyabr tarixində keçiriləcək iclasında onun yeni soyadı rəsmi şəkildə təsdiqlənə bilər.

24 yaşlı Maddox da analoji prosedura başlayıb. O, məhkəməyə təqdim etdiyi sənədlərdə şəxsi səbəblərə görə adının Maddox Chivan Jolie-Pittdən Maddox Chivan Jolieyə dəyişdirilməsini istəyib.

Qeyd olunur ki, hər iki övlad artıq bir müddətdir gündəlik həyatlarında Pitt soyadından istifadə etmir. Zahara kollec məzuniyyətində özünü Zahara Marley Jolie kimi təqdim edib, Maddox isə Ancelina Colinin üzərində çalışdığı filmin titrlərində atasının soyadını çıxarıb.

Bu, ailədə ilk belə hal deyil. Daha əvvəl Şiloh da rəsmi şəkildə Pitt soyadından imtina edib. Vivienne isə Broadway-də nümayiş olunan "The Outsiders" tamaşasının proqramında Vivienne Jolie adı ilə təqdim olunub.

Xatırladaq ki, Ancelina ColiBred Pittin altı övladı var: Maddox, Pax, Zahara, Şiloh və əkizlər Nox və Vivienne. Qərb mediasının məlumatına görə, cütlüyün səs-küylü boşanmasından sonra aktyorun uşaqlarının əksəriyyəti ilə münasibətləri gərgin olaraq qalır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hollivud Ancelina Coli Bred Pitt

Digər Xəbərlər