Reklam resmi
Reklam resmi

Peskov: Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir

Peskov: Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir
Dünya

Rusiya Azərbaycanla münasibətlərin hərtərəfli inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edib.

Ajans.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva Bakı ilə münasibətlərdə praqmatik yanaşmaya üstünlük verir.

"Biz burada praqmatik yanaşma tətbiq edirik. Hesab edirik ki, münasibətlərimizi hərtərəfli şəkildə inkişaf etdirməliyik, xüsusilə də Azərbaycan kimi bir ölkə ilə", – deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın gələcəkdə də müxtəlif sahələr üzrə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Azərbaycan Dmitri Peskov

Digər Xəbərlər